Ötən gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.
MillətinSəsi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sənəd üzərində vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda baş verib.
Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.
Qeyd edilib ki, Fuad Süleymanov Sona Əliyevanın qaynatasıdır.