Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.
Baku.ws xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.
Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milletinsesi.info-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir: “Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Həmin şəxslə profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəxsin kimliyi müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb olunub: “Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R.Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.
Həmin görüntüləri təqdim edirik: