Ateş Kara: “Turkovac” vaksini digəri ilə müqayisədə daha effektlidir”

 09-03-2022

“Vaksinin təkmilləşdirilməsi dövründə “TURKOVAC” vaksinini “Sinovac” peyvəndi ilə müqayisə etmişdik”.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Türkiyənin Peyvənd İnstitunun direktoru Ateş Kara bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, bir qrup əhaliyə “Sinovac” bir qrup əhaliyə isə “TURKOVAC” vaksini vurulurdu: “Müşahidə zamanında qruplar arasında daha çox hansılarda xəstəliyə yoluxmanın olduğuna diqqət yetirdik. Maraqlı məqam odur ki, “TURKOVAC” vaksinin tətbiq edildiyi insanlar arasında virusa yoluxan və xəstəxana şəraitində müalicə alanların sayı daha az oldu. Bu da vaksinin effektivlik səviyyəsinin yüksək olduğunu göstərir”.

Bundan başqa, “Turkovac”ın kliniki sınaq müddəti kimi 15 ay nəzərdə tutulub.

Türkiyənin Peyvənd İnstitunun direktoru Ateş Kara bildirib ki, vaksin buster doza almış könüllülərin üzərində aparılacaq: “Vaksinasiyada əsasən könüllər seçiləcək, onların zəruri müayinələri aparılacaq. Həmin dövrdə koronavirusa yoluxmadıqları, hər hansı ciddi patoloji xəstəliklərinin olub-olmadığı araşdırılacaq. İki tərəf arasında könüllülərin buster doza vaksinasiyasına uyğun olduğu protokollaşdırıldıqdan sonra buster dozanın kliniki sınaq vaksinasiyası aparılacaq”.

Türkiyə Sağlıq İnstitutları qurumun rəhbəri Erhan Akdoğan bu gün keçirilən brifinqdə deyib ki, Türkiyə dünyada koronavirusa əleyhinə vaksin istehsal edə bilən 9 ölkədən biridir.

O bildirib ki, bir çox sahələrdə qardaş ölkə Azərbaycanla iş birliyində olduğumuz kimi bu sahədə də birlikdə çalışmağımıza şadıq: “Bu iki ölkə arasındakı münasibətlərin bariz nümunəsidir. Bununla qürur duyuruq”.

Bənzər yazılar

0.21515798568726