Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyunu qəbul etmişdir.
Görüşdə Azərbaycanda və bölgədə baş verən proseslər, parlament müxalifətinin fəaliyyəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.
MillətinSəsi.info xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, cəbhədəki vəziyyət və regiondakı geopolitik durum müzakirə olunub.
ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyu Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişlər.
ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyu görüşdən məmmunluqlarını bildirərək, ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə etmişlər.