Sürücülərin NƏZƏRİNƏ: Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

 20-03-2023

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bənzər yazılar

0.42133593559265