“Formula-1”: Mövsümün ikinci yarışının qalibi bəlli olub

 20-03-2023

“Formula-1” üzrə dünya çempionatında mövsümün ikinci yarışının qalibi məlum olub.

Səudiyyə Ərəbistanında keçirilən Qran Prini “Red Bull” pilotu Serxio Peres qazanıb.

İkinci yeri onun komanda yoldaşı Maks Ferstappen tutub. İlk “üçlüy”ü “Aston Martin”dən Fernando Alonso tamamlayıb.

Maraqlıdır ki, bu pilotlar Bəhreyndəki mövsümün ilk Qran Prisində də ilk “üçlük”də qərarlaşıblar.

Yeganə fərq ondadır ki, iki həftə əvvəlki yarışda Ferstappen birinci, Peres ikinci olmuşdu.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Bənzər yazılar

0.46443796157837