Prezident İlham Əliyev: “Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı konfranslar təşkil edilir”

 18-03-2023

“Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.

Bənzər yazılar

0.14619994163513