Zidan və Mourinyo İtaliya futbolunun “Şərəf Zalı”nda

 17-03-2023

İtaliya futbolunun “Şərəf Zalı”na bir neçə yeni üzv daxil edilib.

Bura “Napoli” və “Parma”nın keçmiş futbolçusu Canfranko Zola, “Yuventus”un eks-yarımmüdafiəçisi Zinəddin Zidan, “Roma”nın baş məşqçisi Joze Mourinyo, “İnter” və “Yuventus”un keçmiş hücumçusu Alessandro Altobelli, “Yuventus”un qadınlardan ibarət komandasının forvardı Kristiana Girelli, “İnter”in keçmiş sahibi Ernesto Pelleqrini, “Milan” və “Bolonya”nın keçmiş baş məşqçisi Sinişa Mixayloviç və “Torino”nun sabiq çalışdırıcısı Ernest Eqri-Erbşteyn daxildir.

İtaliya futbolunun “Şərəf Zalı” 2011-ci ildə yaradılıb. Münsiflər heyəti ölkənin əsas idman mediasının nümayəndələrindən ibarətdir.

Mənbə: Sport-express.ru

Bənzər yazılar

0.14604187011719