22 gündür ki, Vətən müharibəsi iştirakçısından xəbər alınmır: Liviyada itib 

 17-03-2023

“Üç həftədən çoxdur ki, oğlumdan xəbər ala bilmirəm”.

Bunu Milletinsesi.info-a açıqlamasında oğlu itkin düşən Füzuli İsmayılov bildirib.

Onun sözlərinə görə, oğlu Nazir İsmayılov Türkiyədə fəaliyyət göstərən şirkətlərin birində çalışır:

“22 gündür ki, ondan xəbər ala bilmirik. Mən həmin şirkətlə əlaqə saxladım. Bildirdilər ki, oğlum olan gəmi Liviyanın ərazisinə icazəsiz girdiyi üçün saxlanılıb. Cərimə ödənilən zaman sərbəst buraxılacaqlar. Həmin gəmidən kiminsə də nömrəsi verilmir ki, əlaqə saxlayıb, oğlumla danışım”.

Qeyd edək ki, Nazir İsmayılov Vətən müharibəsi iştirakçısıdır.

Bənzər yazılar

0.5479040145874