Rusiyada Moskva meri Sergey Sobyanin “Renault” zavodunu şəhərin balansına salmaq və tarixi “Moskviç” brendi altında avtomobillərin istehsalını bərpa etmək qərarına gəldiyini açıqlayıb.
“Əcnəbi sahibi Moskvanın “Renault” zavodunu bağlamaq qərarına gəlib. Bu onun haqqıdır, lakin biz minlərlə işçinin işsiz qalmasına yol verə bilmərik.
Ona görə də mən zavodu şəhərin balansına götürmək və tarixi “Moskviç” brendi altında avtomobillərin istehsalını bərpa etmək qərarına gəldim”, - deyə Sobyanin öz bloqunda yazıb.