Emin Hüseynov: “İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur”

 16-03-2023

“Tərtərin işğaldan azad edilən Talış kəndinə ikinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Talış kəndinə ilkin mərhələdə 30 ailə köçürülüb:

“Həmin ailələr Tərtərin Bayraq meydanında cəm olduqdan sonra Talış yola salındı. Burada sakinlərə gələcək planlar barədə məlumat verildi. Talış kəndində birinci mərhələ üzrə 20 yaşayış, 9 qeyri-yaşayış binası, eyni zamanda bütün yolun əsas magistral, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilərək əsaslı şəkildə qurulub. Kənd ilk dəfə olaraq Qarabağ iqtisadi rayonu ərazisində tikilən kənddir və tamamilə qazlaşdırılıb, sakinlərin rahat yaşamağı üçün hər cür şərait yaradılıb”.

E.Hüseynov əlavə edib ki, hazırda Talış kəndində bərpa quruculuq işləri davam edir: “İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrin yaşayacağı evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq”.

Bənzər yazılar

0.52120494842529