Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türkiyə Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı keçirilir.
Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.
Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan ŞKTC ilk dəfə TDT Sammitində iştirak edir.
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə Türkiyə Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı işinə başlayıb.
Yaşanan dəhşətli zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən sammitdə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər masaya yatırılacaq, ortaq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.
Mənbə: TRT Avaz