Lindsi Lohan ilk dəfə ana olacaq 

 15-03-2023

Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.

O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

36 yaşlı məşhur əri Bader Şammasla ilk övladlarını gözlədiklərini bildirib. Aktrisa qar kimi ağ körpə kombinezonunun fotosunu yayımlayıb və üzərinə “Coming Soon” (“Tezliklə”) yazıb.

“Biz yeni ailə üzvünün gəlişindən çox həyəcanlıyıq və həyatımızın növbəti fəslini səbirsizliklə gözləyirik!”, - ulduz qeyd edib.

Bənzər yazılar

0.59581017494202