Mövlud Çavuşoğlu: “NATO-nun genişlənməsinə qarşı deyilik, lakin terrora dəstəyi qəbul edə bilmərik”

 16-05-2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında çıxış edib.

O, ölkəsinin Finlandiya və İsveçin təşkilata üzvlüyü ilə bağlı mövqeyinə aydınlıq gətirib.

“Biz Türkiyə olaraq uzun müddətdir ki, NATO-nun açıq qapı siyasətini dəstəkləyirik. Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı mövqeyimizi aydın şəkildə bildirdik və səbəblərini də açıq şəkildə paylaşdıq. NATO-nun genişlənməsinə qarşı deyilik, lakin terrora dəstəyi qəbul edə bilmərik”, - deyə nazir bəyan edib.

Narahatlıqlarının kifayət qədər haqlı olduğunu dilə gətirən Çavuşoğlu NATO-ya üzv olacaq ölkələrin Türkiyəyə qarşı ixrac icazələrinə məhdudiyyət qoymasının məqbul hal olmadığını qeyd edib.

Mənbə: “Haber Global”

Bənzər yazılar

0.19699692726135