48 il ata dediyi şəxs əsl atasının qatili çıxdı

 16-05-2022

Türkiyənin Muğla bölgəsində bir müddət əvvəl dünyasını dəyişən Fatma adlı xanımın keçmişdə yasaq eşq yaşadığı üzə çıxıb.

Belə ki, məhrumun 49 il əvvəl məhəllə muxtarı Mustafa Uyanıkdan bir qızı olub.

Fatma bu sirri bir ömür boyu saxlayıb və Berrin adlı qızını rəsmi nikahda olan həyat yoldaşı Mahirin adına qeydiyyatdan keçirib.

Mahir isə öz növbəsində Mustafa Uyanıkı 1982-ci ildə meşədə həyat yoldaşı ilə birlikdə yaxalayarkən öldürüb. O, bir müddət həbsxanada yatdıqdan sonra çıxıb. Berrin isə hər zaman Mahiri öz atası bilib.

Bu yaxınlarda miras üstündə bacısı ilə mübahisə edərkən, o, həqiqəti öyrənib.

Bacısının “Sən atamın varisi deyilsən” sözlərindən sonra Berrin bioloji atasının 40 il əvvəl Mahir tərəfindən öldürülən Mustafa Uyanık olduğunu eşidib.

Berrin hadisənin şokundan çıxandan sonra ilk olaraq Muğla Ailə Məhkəməsində atalığın inkarı iddiası qaldırıb. DNT testi nəticəsində Berrinin Mahirin qızı olmadığı anlaşılıb. Xanımın vəkili Mustafa Uyanığa qarşı atalıq iddiası qaldırıb.

İddiada 40 il əvvəl yasaq eşqin qurbanı olan Mustafanın məzarının açılması və DNT testinin aparılması istənilib.

Mənbə: “Haber Global”

Bənzər yazılar

0.20208597183228