Rejissor Qaspar Noe “Marvel” filmlərini kəskin tənqid edib və onların tamaşaçılarını “axmaq” adlandırıb.
“Bu, belə bir sualı vermək kimidir: Hitler nasist Almaniyasını yaratdı, yoxsa nasist Almaniyası Hitleri yaratdı? Sizcə, “Marvel” filmləri amerikalıları axmaq edir, yoxsa Amerika cəmiyyəti o qədər axmaqlaşır ki, onların zehninə uyğun filmlərə ehtiyac yaranır?” – deyə rejissor bildirib.
Qeyd edək ki, fransız mənşəli argentinalı rejissor Noe öz qalmaqallı əsərləri ilə tanınır. O, dəfələrlə aparıcı beynəlxalq film festivallarının müsabiqə proqramlarının iştirakçısı olub.
Mənbə: gazeta.ru