2010-2016-cı illərdə “Barselona”nın gənclər akademiyasında çıxış edən Maksi Rolon Argentinanın Rosario şəhərində avtomobil qəzası keçirərək həlak olub.
27 yaşlı futbolçunun idarə etdiyi avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində Rolonun yanında əyləşən 30 yaşlı qardaşı Ariel də ölüb.
Katalon klubu gənc futbolçunun ölüylə bağlı ailəsinə başsağlığı verib.
???? We are dismayed by the death of Maxi Rolón (1995), a FC Barcelona youth football player from 2010 to 2016. We express our deepest condolences and send full support to his family. Rest in peace. pic.twitter.com/8G9Gh016Y4
— FC Barcelona (@FCBarcelona) May 14, 2022
Mənbə: “Marca”