Zəngilan rayonunun Quyudərə Xəştab kəndi Yeməzli kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Quyudərə Xəştab kəndi Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Quyudərə Xəştab kəndinin görüntülərini təqdim edir: