Bakıda ər-arvad yol qəzasında XƏSARƏT ALIBLAR

 08-03-2023

Bakının Xətai rayonunda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Namazov Qabil Vasif oğlu və həyat yoldaşı, 1997-ci il təvəllüdlü Namazova Aytac Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.40715503692627