Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilib.
Yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə vida mərasimi başa çatıb.
Milletinsesi.info-ın məlumatına görə, şəhidimiz Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn edilib.