İPL: “Liverpul”dan “Mançester Yunayted”ə 7 cavabsız QOL – VİDEO

 05-03-2023

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Milletinsesi.info xəbər verir ki, mərkəzi matçda “Liverpul” və “Mançester Yunayted” birincilərin meydanında üz-üzə gəlib. “Enfild”də keçirilən qarşılaşma “Liverpul”un qələbəsi ilə başa çatıb - 7:0.

“Qırmızılar”In heyətində Kodi Qakpo, Darvin Nunyes və Məhəmməd Salah dubl edibsə, son qolu Roberto Firmino vurub.

Xalını 42-yə çatdıran “Liverpul” 5-ci pilləyə yüksəlib. “Mançester Yunayted” 49 xalla 3-cüdür.

Bənzər yazılar

0.49832606315613