DYP zabiti özünü GÜLLƏLƏYİB

 13-05-2022

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Bundan başqa, Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub. Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar

0.20579504966736