Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti Ağdamda minaya düşüb.
FHN Mətbuat xidmətindən MillətinSəsi.info-a verilən məlumata görə, hadisə bu gün rayonda minatəmizləmə əməliyyatı zamanı baş verib.
Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.