Moskva Vilayət Məhkəməsində mühakimə olunan qanuni oğru Vasya Bandit ev dustaqlığından qaçıb.
“Kriminalqafqaz” Rusiya mediyasına istinadən məlumat verir ki, hakim 56 yaşlı qanuni oğru İqor Kokunov (Vasya Bandit) barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirərək, onu istintaq təcridxanasından ev dustaqlığına buraxıb. O, cəzasının yüngülləşdirilməsindən istifadə edərək, onun yerini izləməli olan elektron qolbağını çıxarıb və fevralın 18-nə təyin olunmuş növbəti görüş ərəfəsində yoxa çıxıb.
İş üzrə təqsirləndirilən şəxs tutulana qədər Moskva Vilayət Məhkəməsində proses dayandırılıb. Hazırda Vasya Bandit hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
İstintaqın məlumatına görə, 1993-cü ildən bu şəxs qanuni oğru olub və kriminal dəyərləri təbliğ edir. Bu müddət ərzində o, cinayətkarlar arasında mübahisələri həll edib. Bundan əlavə, o, koloniyalarda və azadlıqda olarkən oğru məhkəmələrini təşkil edib.
Vasya Bandit 2020-ci ilin yayında Çexovda Moskvanın tanınmış hüquqşünası olan həyat yoldaşının evində saxlanılıb.