“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan qızıl hərflərlə ən yeni şanlı tarix yazdı.
Dövlət başçısı və ölkənin I vitse-prezidentinin Qarabağ bölgəsinə səfərləri bir daha onu göstərir ki, Azərbaycan xalqı öz arzusuna qovuşub. 30 il düşmən tapdağı altına qalan torpaqlara indi Azərbaycan xalqı ayaq basır. Müzəffər Ali Baş Komandan və rəşadətli ordu sayəsində 44 günlük müharibə bizim arzularımızı gerçkləşdirdi.
İşğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi. Bu gün həmin ərazilərdə quruculuq və abadlıq işləri aparılır”.
Bunu 32gun.az-a tanınmış Azərbaycanlı iş adamı Emil Səməndərov deyib. İş adamının bildirdiyinə görə, zəngin təbii və faydalı resurslara malik Qarabağın azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün yeni versiyalar yaradır.
İş adamı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, tikinti-quruculuq işləri getdicə geniş vüsət alır:
“İnfrastruktur obyektlərinin sürətlə inşası, tariximədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu ərazilərdə yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu dəfəki səfərləri zamanı Füzuli və Şuşada bir sıra obyektlərin təməli qoyulub.
Cənab Prezidentin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirib.
O Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.
Bu gün də dövlət başçısı və Mehriban xanım Əliyeva Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının çılışında iştirak ediblər. Bütün bu səfərlər də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir”.
“Bildiyiniz kimi, ölkə başçısı Qarabağ iqtisadi rayonuna səfərlərinin birində sahibkarlara “azad edilmiş bütün digər ərazilərə sərmayə - vəsait qoysunlar” deyə çağırış etmişdi.
Mən də öz növbəmdə bildirmək istəyirəm ki, biz iş adamları dövlətin bizim üçün yaratdığı imkanlardan istifadə edərək, azad edilən ərazilərin inkişafına öz töhfələrimizi verməyə, hərəkətə keçməyə hazırıq”-deyə iş adamı sonda bildirib.