Ceyhun Bayramov- Sergey Lavrov - Ararat Mirzoyan görüşü BAŞA ÇATIB

 12-05-2022

12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

XİN-dən MillətinSəsi.info-a verilən xəbərə görə, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.

Görüş Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə, müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəldiyi bir vaxtda keçirilib

Görüş zamanı indiki vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün dəyərlidir. Bu il Rusiya-Azərbaycan diplomatik münasibətlərin 30 illiyini qeyd edirilir, bir sıra rəngarəng, canlı tədbirlər hazırlanır.

Bənzər yazılar

0.1988639831543