Marselo “Fluminense” QAYIDIR

 24-02-2023

Olimpiakos”la müqaviləsinə xitam verən məşhur braziliyalı futbolçu Marselo futbola başladığı “Fluminense” klubu ilə müqavilə imzalayıb.

Braziliyanın A Seriyasından olan “Fluminense” klubu Marselonu heyətlərinə daxil etdiklərini açıqlayıb.

Fluminense”dən 2007-ci ildə ayrılan Marselo təxminən 16 il ərzində “Real Madrid” forması ilə 546 rəsmi matça çıxıb, 38 qol vurub, 103 məhsuldar ötürmə edib və bu müddətdə 6-sı La Liqa və 5-i Çempionlar Liqası olmaqla ümumilikdə 25 kubok qazanıb.

Bu mövsümün əvvəlində “Real Madrid”dən ayrılaraq “Olimpiakos” keçən 35 yaşlı təcrübəli sol cinah müdafiəçisi Yunanıstan yığması ilə 10 rəsmi matça çıxıb və 3 qol vurub.

Mənbə: Haber Global

Bənzər yazılar

0.38740396499634