Azərbaycan klassiki Abdulla Şaiqin ev muzeyindən FOTOREPORTAJ

 24-02-2023

Azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin ev muzeyinin əsası yaşadığı mənzildə ölümündən sonra qoyulub.

Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. O, 1916-1959-cu illərdə bu evdə yaşayıb. Muzeyə 8000 eksponat toplanıb.

Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşayıb. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişib, şəhərin müxtəlif yerlərində mənzil kirayə edib. 1916-cı ildə bu gün “Abdulla Şaiqin mənzil muzeyi” adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A.Şaiq küçəsində) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçüb, orada 1959-cu ilə kimi, ömrünün son gününə qədər yaşayıb.

PhotoStock.az-ın sözügedən muzeydən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bənzər yazılar

0.35234189033508