Əfsanəvi Ronaldinyo FUTBOLA QAYIDIR

 24-02-2023

Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında çıxış edəcək.

42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayacaq. Görüş fevralın 26-da baş tutacaq.

Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7x7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.

Mənbə: “Mundo Deportivo”

Bənzər yazılar

0.44704699516296