“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”.
MillətinSəsi.info-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O bildirib ki, sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq: “Avqustdan test imtahanını keçirməyi düşünürük. Mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlbi planlaşdırılır”.