Əlillik verilməyən QAZİ İNTİHARA CƏHD EDİB

 12-05-2022

Vətən müharibəsi qazisi Qadir Cəfərov intihara cəhd edib.

MillətinSəsi.info xəbər verir ki, hadisə ötən gün Respublika Əllilərin Bərpa Mərkəzində baş verib.

O qollarını kəsərək intihara cəhd edib və bu zaman hadisə yerindəki polis əməkdaşı ona mane olub.

Q. Cəfərov bildirir ki, intihara cəhd etməsinə səbəb ona müvafiq əlillik dərəcəsinin verilməməsidir.

Daha əvvəl də bu barədə mətbuata açıqlamalar verən qazi ayağında qalan qəlpənin onu narahat etdiyini, fiziki və psixoloji problemlərə səbəb olduğunu bildirmişdi. Onun sözlərinə görə YAŞAT Fondu da qazinin müalicəsi üçün müvafiq əlillik dərəcəsinin verilməsini əks etdirən sənədi tələb edirmiş.



Bənzər yazılar

0.22562503814697