Saxta 100-lüklər orjinalından NƏ İLƏ FƏRQLƏNİRLƏR? -  VİDEO

 23-02-2023

Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.

Xezerxeber.az-ın məlumatına görə, pulları təhlükəsiz edən onların mühafizə elementləridir.

Məhz bu yolla saxta pulu orijinalından asanlıqla seçmək mümkündür.

Mərkəzi Bankın açıqlamasına görə, ötən il əsginasların saxtalaşdırılmasına dair 452 faktdan 323-ü məhz 100 manatlıq əsginaslarla bağlı olub. Ümumilikdə isə, Azərbaycanda tədavüldə olan hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu da beynəlxalq təcrübə ilə müqayisədə aşağı göstəricidir.

Bank mütəxəssisi Ramil Məmmədov bildirib ki, vətəndaşlar saxta əsginaslar ilə üzləşdikdə istənilən bankın filiallarına yaxınlaşıb onu təhvil verə bilərlər:

“Saxtakarlıq halı öz təsdiqini taparsa, fakt aktlaşdırılır və saxta əsginas Mərkəzi Banka göndərilir. Amma saxta pulun əvəzinə vətəndaşa orijinal pul verilmir”.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.14333510398865