Təranə Səmədova yenidən SAXLANILDI - POLİSƏ MÜQAVİMƏT - VİDEO

 11-05-2022

"Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Hazırda özü ilə əlaqə saxlaya bilmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Təsir dairəsi" ictimai-sosial verilişin aparıcısı Lalə Azərtaş canlı efirdə deyib. 

Aparıcı proqramın gedişatında hamilə olan T.Səmədova ilə telefonla əlaqə saxladığını və özünün də bu məlumatı təsdiqlədiyini söyləyib. 

Lalə Azərtaş bildirib ki, prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.

T.Səmədovanın polisə müqavimət göstərdiyi üçün saxlanıldığını diqqətə çatdırılıb.

Qeyd edək ki, ötən ay da T.Səmədova polisə müqavimət göstərdiyinə görə saxlanılmışdı. O, daha sonra 200 manat cərimə ödədikdən sonra sərbəst buraxlmışdı.

 

  •  

 

Bənzər yazılar

0.21136808395386