Bakıda daha bir XÜSUSİ ƏMƏLİYYAT: dördü satıcı, səkkizi kuryer... - VİDEO

 11-05-2022

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir genişmiqyaslı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının ötən gün keçirdikləri əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər tutulub.

Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik satışı ilə məşğul olan, qalan 8 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar.

Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.20658802986145