Deputat AQİL ABBAS: "Dedim mənim Həcc ziyarətim Ağdamda, Ağcabədidə, Saatlıda olub"

 11-05-2022

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Hər il Həcc ziyarətinin qiymətləri müzakirələrə səbəb olur. Cəmiyyətdə belə rəy yaranıb ki, Həcc ziyarətinə gedən şəxsin qonşusunda ac adam olmamalıdır. Əgər imkansız, ac olan biri varsa, ziyarətə sərf olunan vəsait həmin şəxsə xərclənməlidir.

Milli Məclisin deputat Aqil Abbas Yenisabah.az-a açıqlamasında deyib ki, o pulları aclara xərcləsələr, daha yaxşı olar: “Kim Həcc ziyarətinə getmək istəyirsə, yolu açıq olsun. Allah ziyarətini qəbul etsin. Mən getməmişəm, bilmirəm. Bir dəfə televiziyada mənə sual verdilər ki, Həcc ziyarətinə getmisiniz? Dedim bəli, 200 dəfə Həcc ziyarətində olmuşam. Çaşıb qaldılar. Dedim mənim Həcc ziyarətim Ağdamda, Ağcabədidə, Saatlıda olub. Gedənlərə də nəsə deyə bilmərəm. Onların da işləri avand olun. Elələri var ki, dəfələrlə gedir. Amma o pulu aclara da xərcləyə bilərlər. O zaman daha yaxşı olar”.

 

Bənzər yazılar

0.20325899124146