Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazıb.
“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün -red.) Qarsda olacaq”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
Bakü’den yola çıkardığımız 26 vagonlu insani yardım Trenimiz Gürcistan Ahılkelek aktarma alanına ulaşmış olup yarın Kars’ta olacaktır. ????????❤️???????? #TekYürek pic.twitter.com/dWohVdVkiq
— Cahit Bağcı (@cahitbagci) February 17, 2023
“Qardaş köməyi və “Türkiyə Əsri” Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadır. Var olun”, - diplomat əlavə edib.
#QardaşKömeyi ve #TürkiyeYüzyılı Birlik ve Dayanışma Platformları Azerbaycan ile ülkemiz arasında bir kardeşlik köprüsü kurdular.
— Cahit Bağcı (@cahitbagci) February 17, 2023
Elleri ve yürekleri buluşturuyorlar.
Her gün 10’larca Tır gıda,çadır, battaniye,ısıtıcı ve 2 gündür konteyner taşımaktadırlar.
Varolun????
????????????????????❤️???? pic.twitter.com/RJek0yRoXH