"Green card" qazanan azərbaycanlılar - Növbəti ADDIMLAR

 09-05-2022

Hər ilin may ayında ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi "green card" proqramının nəticələri açıqlanır və bu il də Bakı vaxtıyla 7 may saat 20:00-da nəticələr açıqlandı. Hal hazırda dəqiq qaliblərin sayı bilinməsə də, greencard.az-a istinadən builki azərbaycanlı qaliblərin sayının 1000 nəfərdən çox olması gözlənilir. 

Növbəti addımlar

Bu ilin oktyabr ayının 1-dən növbəti ilin sentyabr ayının 30-na kimi Azərbaycanda yaşayan "green card" qalibləri üçün Gürcüstandakı ABŞ səfirliyində viza görüşləri təyin ediləcək. 

Pandemiya səbəbindən 2019 və 2020-ci illərdə "greencard" qalibi olmuş şəxslərin çox hissəsinə səfirlikdə görüş təyin olunmasa da, bu ildən başlayaraq viza görüşləri bərpa olunub və yeni qalib olmuş şəxslərin səfirlikdəki viza görüşlərinin təyin olunmasında heç bir problem gözlənilmir. 

"Green card" qaliblərinin hamısı viza ala bilirlərmi? 

Hər il dünya üzrə 100 min nəfərdən çox "greencard" qalibi olur, lakin təxminən 50 min nəfərə viza verilir. Bəzi hallarda xırda səhvlər ucbatından və ya başqa səbəblərdən qaliblər, səfirlikdə vizadan imtina alırlar. Xüsusilə də son aylarda xeyli sayda azərbaycanlı "green card" qaliblərinin viza görüşünə düzgün hazırlaşmadıqları üçün vizadan imtinalar aldıqları müşahidə olunur. 

Qaliblər, məyus olmaqla yanaşı viza rüsumu daxil olmaqla xeyli miqdarda maddi itkilərlə də üzləşirlər. 

Yəni, qısa olaraq desək qalib olan hərkəs viza ala bilmir. 

Son viza imtinalarını nəzərə alaraq, "Greencard Azərbaycan" (www.greencard.az) şirkəti, "green card" qaliblərinə bu ildən başlayaraq tam zəmanətli konsultasiya, viza görüşünə hazırlıq xidməti təklif edir. 

Şirkətə müraciət edən "green card" qalibləri, vizaya hazırlıq prosesində şirkətin 10 ildən çox olan təcrübəsindən faydalana biləcəklər. Həmçinin qaliblər viza görüşünə girməzdən qabaq, onların işləri ABŞ-da imiqrasiya vəkilləri tərəfindən də yoxlanacaqdır. 

"Hər il "green card" qalibi olan, lakin düzgün hazırlaşmadıqlarına görə səfirlikdə vizadan imtina alan şəxslər olur. Viza görüşünə hazırlığı tam arxayınlıqla şirkətimiz vasitəsilə edə bilərsiniz və vizadan imtina almaq şansınızı sıfıra endirə bilərsiniz.

Viza alacağınıza tam zəmanət veririk, viza alınmadığı təqdirdə səfirliyə ödədiyiniz viza rüsumunu (330$) və digər çəkdiyiniz xərcləri sizə geri qaytarırıq!" - "Greencard Azərbaycan" şirkətinin rəsmi facebook səhifəsində bildirilir.

Şirkətin xidmətləri tanış olmaq istəyən qaliblər bu linkdən ətraflı məlumat ala bilərlər. 

Bənzər yazılar

0.58215117454529