Mariupolda 25 min insan HƏLAK OLUB

 08-05-2022

“Mariupolda 25 min dinc sakin Rusiya ordusu tərəfindən öldürülüb”.

MillətinSəsi.info “unian”a istinadla xəbər verir ki, bu barədə Azov alayının kəşfiyyat şöbəsinin zabiti İlya Samoylenko mətbuat konfransında bildirib.

Zabit vurğulayıb ki, hərbçilərin vəzifəsi və mənəvi borcu vətəni müdafiə etməkdir. Lakin onun sözlərinə görə, hökumət Mariupolun müdafiəsini təşkil edə bilməyib.

"Həqiqət budur ki, biz unikalıq. Heç kim bizim bu qədər uzun müddət dayanacağımızı gözləmirdi (və biz hələ də dayanırıq). Hökumətimiz Mariupolu qoruya bilmədi, müdafiəni hazırlaya bilmədi. Problem ondadır ki, bizə qəhrəman deyirlər. Qəhrəmanlığa planlaşdırma və təşkilatlanma uğursuz olduqda ehtiyac yaranır", - deyə, o bildirib.

Qeyd edək ki, Azov alayının üzvləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən Mariupolun müdafiəsinə cəlb olunub.

Hazırda Azovstal zavodunun ərazisində rus ordusu ilə qanlı döyüşlər davam edir. Ukrayna zavodun ərazisində bloklanan hərbçiləri xilas etməyə çalışır.

Ukrayna prezidenti Volodimir Zelenski qeyd edir ki, Mariupoldakı “Azovstal” zavodunda mühafizə olunan ukraynalı hərbçiləri xilas etmək üçün nüfuzlu vasitəçilər və dövlətlər cəlb olunub.

Bənzər yazılar

0.19473600387573