Ukraynanın sabiq prezidenti Petro Poroşenko Azərbaycanda ŞİRKƏT AÇDI

 08-05-2022

Ukraynanın sabiq prezidenti Petro Poroşenko tərəfindən qurulan və dünaynın ən böyük qənnadı məmulatları istehsalçılarından olan “Roshen” korporasiyasının Azərbaycanda nümayəndəliyi açılıb.

Yeniavaz.com xəbər verir ki, “Roshen Azerbaijan” MMC (VÖEN-1505849891) adlı şirkət bu ilin mart ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə, ev 1D, m 50-də yerləşir. Nizamnamı kapitalı 100 manat olan  şirkətin qanuni təmsilçisi Ukrayna vətəndaşı olan Oleksıı Barantsovdur. 

Məlumat üçün bildirək ki, “Roshen” korporasiyasının Petro Poroşenko tərəfindən 1996-cı ildə təsis olunub. Hazırda 350 adda qənnadı məhsulu istehsal edən şirkətin dünyanın 35 ölkəsində nümayəndəliyi var. Müxtəlif ölkələrdə 8 istehsal zavoduna sahib olan şirkətdə 9 minə yaxın insan çalışır. 

Petro Poroşenko 2014-cü ildə Ukrayna prezidenti seçildikdən sonra “Roshen” korporasiyasının idarəedilməsini məşhur Rotşildlər ailəsinə məxsus “Rothschild Trust” şirkətinə həvalə edib. 

Onu da qeyd edək ki, daha əvvəl Azərbaycana “Roshen” korporasiyasının məhsulları “Azroşen” MMC (VÖEN-1700050021) tərəfindən idxal olunub.

A. Cəfərov

Bənzər yazılar

0.45606708526611