Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına QOŞULUBLAR

 08-02-2023

Biləsuvar və Cəlilabad rayonlarının sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kampaniyasına qoşulublar.

“Report”un məlumatına görə, bu gün səhər saatlarından hər iki rayonda bir neçə məntəqədə rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim ediblər.

Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr aktiv şəkildə iştirak edir.

Yığılan yardımlar yük maşınları ilə Bakı şəhərində müvafiq yerə təqdim olunacaq.

Bənzər yazılar

0.42973518371582