Deputatın oğlu axtarışa VERİLDİ

 08-05-2022

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə “Shamshyanr saytı məlumat yayıb.

Bildirilib ki, aprelin 2-də aralarında Şant Baqratyanın da olduğu naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyüblər və bu zaman deputatın 27 yaşlı oğlu direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə onun həbsi ilə bağlı qərar çıxarıb lakin o, azadlıqda olduğu üçün qaçmağı bacarıb.

Bənzər yazılar

0.35553288459778