Bakıda daha bir marşrut xətti üzrə sərnişindaşıma “Bakubus”a HƏVALƏ EDİLİB

 07-02-2023

Bakıda 44 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Milletinsesi.info-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin verdiyi müvafiq sərəncam ilə fevralın 8-dən etibarən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC təşkil edəcək.

“Bu addımda məqsəd 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir”, - məlumatda deyilir.

Bənzər yazılar

0.14416193962097