BMT minalarla bağlı fövqəladə hallara cavab qruplarının hazırlanmasında ANAMA-YA DƏSTƏK GÖSTƏRƏCƏK

 07-02-2023

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) minaları və partlamamış hərbi sursatları (PHS) aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib-hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş, gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik”, - o qeyd edib.

Bənzər yazılar

0.44193911552429