Ötən il Azərbaycanın ümumi ixracı 38,1 milyard dollar olub və bunun cəmi 8%-i və ya 3,05 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan qeyri-neft məhsullarının 18,3%-i və ya 558,2 milyon dolları 9 şirkət və 1 fərdi sahibkarın payına düşüb.
2022-ci ildə xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fərdi sahibkarların) və onların rəhbərlərinin ilk 10-luğu aşağıdakı kimi olub:
Şirkət (Fərdi sahibkar) | Rəhbəri | İxracın miqdarı |
“MKT İstehsalat Kommersiya” MMC (VÖEN- 9900008361) |
Həsənov Rövşən | 113,3 milyon dollar |
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN- 9900047801) | Mohammad Reza | 101 milyon dollar |
“Rose Servis” MMC (VÖEN – 1102518081) |
Anar Şərəfxanov | 52,7 milyon dollar |
“Almeyvə” MMC (VÖEN – 2006061571) |
Rəşid Quliyev | 52,5 milyon dollar |
Elvin Şirinov Valeh (VÖEN – 2700187092) |
- | 47,1 milyon dollar |
“Baku Steel Company” QSC (VÖEN-1501481481) | Kamal İbrahimov | 44,5 milyon dollar |
“P-Aqro” MMC (VÖEN-1404226851) |
Əlizadə Azər | 40,3 milyon dollar |
“Azərbaycan Şəkər İstehsalatı Birliyi” MMC (VÖEN-9900017941) |
Ceyhun Salmanov | 38,8 milyon dollar |
“Mors Trading” MMC (VÖEN-1604639301) |
Mehmet Savaş Uzan | 38,4 milyon dollar |
“STP Alüminium” MMC (VÖEN- 2906014721) |
Əliyev Fərhad | 29,6 milyon dollar |
Müəllif A.Cəfərov
Mənbə Yeniavaz.com