Lənkəran sakinləri "PROFCO" adlı şirkətə görə ETİRAZ AKSİYASI KEÇİRİLİB

 04-02-2023

Lənkəranın Təngivan kənd sakinləri etiraz aksiyası keçirib.

Bu barədə “ecofront” feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, uzun illərdir kəndin yaxınlığında, lənkərançay çayı yatağında "PROFCO" adlı şirkət qazıntı işləri aparır. Sakinlərin sözlərinə görə, çayın dərin qazılmasına görə onlarla evdə quyular quruyub.

40 hektardan artıq çay sahilində torpaq 10 metrdən çox qazılıb və daşınıb, əhalinin örüş sahələrinin çoxu qazılıb, yolları dağıdılıb.

10 dan artıq yüksək gərginlikli elektrik dirəyinin dibi təhlükəli şəkildə qazılıb, evlərə yaxın olan karxananın gurultusu, toz torpağı əhalini bezdirib, xəstələndirib. Təsərrüfatla məşğul olmaq, rahat yaşamaq mümkün olmadığı üçün əhalinin çoxu köçüb gedib.

Daş karxanası kimi fəaliyyət göstərən bu müəssisənin etdiklərinin qeyri-qanuni olduğu iddia edilib.

Daş karxanasının sahibi Şaiq Həsənov isə verdiyi açıqlamada ərazidə görülən işlər və şirkətlə bağlı bütün sənədlərin qaydasında olduğunu dilə gətirib.


Bənzər yazılar

0.14287185668945