Zaur Darabzadənin yerinə gətirilən Natiq Məmmədov KİMDİR?

 24-01-2023

“Assistance Group” şirkətinin sahibi Natiq Məmmədov “Caspian Energy Georgia”nın sədri vəzifəsinə təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Caspian Energy Club”dan verilib.

Məlumat üçün qeyd edək ki, bu, son 5 ayda baş verən 2-ci dəyişiklikdir. Belə ki, ötən ilin sentyabr ayında “Caspian Energy Georgia”ya “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darab-zadə təyin olunub.
Natiq Məmmədov 2015-ci ildən sahibkarlıq fəaliyyətiylə məşğul olur. “Caspian Energy Georgia”nın yeni sədri 2015-ci ildən “Assistance Tour Azerbaijan”, 2016-cı ildən “Assistance Construction LTD”, 2017-ci ildən “Fruitaz Agro”, 2018-ci ildən isə “Assistance Tour Georgia” şirkətlərinə rəhbərlik edir.

Natiq Məmmədovun əvəz etdiyi Zaur Darab-zadə isə iş fəaliyyətinə 2000-ci ildə “Premier Studio” şirkətində səs mühəndisi kimi başlayıb. Daha sonra “NAB Group of Companies”, AZMAN, ANS televizyası, Metropol Hotel, İrəli İctimai Birliyi, “Day.az”, “Avto FM”də çalışıb. Zaur Darab-zadə 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığıa namizəd olsa da seçilməyib.

Onu da qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Caspian Energy Club”un İdarə heyətində “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva da yer alır.

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.25796890258789