Azərbaycan Macarıstanla birgə layihələrin reallaşdırılmasını MÜZAKİRƏ EDİB

 03-02-2023

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanın Macarıstanla tərəfdaşlığa önəm verdiyi, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, investisiyaların və ticarətin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Onu da qeyd edək ki,  iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edilməsi barədə yazıb.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik”, - M. Cabbarov qeyd edib.

 

Bənzər yazılar

0.14122819900513