Müller Almaniyada rekorda İMZA ATIB

 03-02-2023

“Bavariya”nın hücumçusu Tomas Müller rekorda imza atıb.

Belə ki, 33 yaşlı almaniyalı futbolçu çıxdığı növbəti kubok oyununda 53-cü qələbəsini qazanıb və bununla da turnirin tarixində ən çox qələbə bayram edən futbolçu olub.

Futbolçu bu nəticə ilə “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavanı geridə qoyub.

Xatırladaq ki, Almaniya Kubokunun 1/8 final mərhələsinin oyununda “Maynts” evdə Münhen “Bavariya”sını qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Münhenlilərin hücumçusu Tomas Müller matçda qol ötürməsi ilə yadda qalıb.

Mənbə: Championat

Bənzər yazılar

0.51302719116211