Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.
“Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.
Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.
Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.
Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.