İrlandiyalı deputat səfirliyimizə HÜCUMLA BAĞLI: “Məsul şəxslər ədalət qarşısında cavab verməlidirlər” 

 01-02-2023

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənilməlidir”.

Bu barədə İrlandiya parlamentinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Çarli Flanaqan “Twitter” hesabında bildirib.

O, qətlə yetirilən mühafizə əməkdaşının ailəsinə başsağlığı verib və qeyd edib ki, məsul şəxslər ədalət qarşısında cavab verməlidirlər.

“Ev sahibi olan ölkələr diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyi ilə bağlı Vyana Konvensiyasına əsasən aydın öhdəliklər daşıyırlar”, - deyə diplomat bildirib.

Bənzər yazılar

0.43227291107178